Putin və Tramp görüşü: BMT-dən ilk reaksiya

Putin və Tramp görüşü: BMT-dən ilk reaksiya

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında Alyaskada keçirilən son sammiti şərh edib.

Globalinfo.az xəbər verir ki, BMT Baş katibinin ofisi təşkilatın Ukraynada davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün mühüm səyləri dəstəkləməyə hazır olduğunu bildirib.

Bəyanatda, eyni zamanda, Rusiya ilə ABŞ arasında formalaşan konstruktiv dialoqun davam etdirilməsinin alqışlandığı qeyd olunub.

Xatırladaq ki, Rusiya və ABŞ liderləri arasında sammit avqustun 15-də ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində yerləşən Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında baş tutub.

Əliyar Xəlil
Globalinfo.az