Rusiya prezidenti Vladimir Putin valideynlərinin həyat yolu və onların kəndlə bağlı xatirələrindən danışıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalist Pavel Zarubinə verdiyi müsahibədə bildirib.
Məlumata görə, prezidentin sözlərinə əsasən, ailəsinin taleyində Tver vilayətindəki kənd xüsusi yer tutub.
Putin qeyd edib ki, atası Birinci Dünya Müharibəsindən əvvəl Sankt-Peterburqda doğulsa da, sonradan ailəsi ilə birlikdə Tver vilayətindəki kəndə köçüb. Anası isə böyük şəhərlərdən uzaqda, elə həmin kənddə dünyaya gəlib. Onlar hər zaman doğma kəndlərini sevgi ilə xatırlayırdılar.
“Onlar çox sadə insanlar idi”, – deyə Putin vurğulayıb. Prezident əlavə edib ki, valideynləri ölkəyə, insanlara dair eyni düşüncə və hissləri bölüşür, bütövlük duyğusunu daima yaşadırdılar.
Tahir Turan














