Putin Üçüncü Dünya müharibəsi ehtimalından danışdı: “Çox narahatam…”

Putin Üçüncü Dünya müharibəsi ehtimalından danışdı: "Çox narahatam…"

Rusiya Prezidenti Vladimir Putin Üçüncü Dünya müharibəsinin baş verməsi ehtimalının onu ciddi şəkildə narahat etdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı danışıb.

“Bəli, narahat oluram. Bunu ironiya və ya zarafat kimi yox, tam səmimi deyirəm. Bu gün dünyada münaqişə potensialı çoxdur və artmaqdadır”, – deyə Rusiya lideri vurğulayıb.

Putin qeyd edib ki, bu gərginlik təkcə uzaq coğrafiyalarda deyil, birbaşa Rusiyanın sərhədləri yaxınlığında da yaşanır.

“Bizim burnumuzun ucunda, bilavasitə bizi maraqlandıran bir münaqişə var – Ukrayna istiqamətindəki vəziyyət. Eyni zamanda Yaxın Şərqdə baş verənlər də narahatlıq doğurur”, – deyə o əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az