Putin rusiyalı analara müraciət etdi

Rusiya Prezidenti Vladimir Putin  “Qəhrəmanların vaxtı” proqramının iştirakçıları ilə görüş keçirib.

Globalinfo.az xəbər verir ki, Kreml rəhbəri rusiyalı analara müraciət edib.

Putin xüsusi hərbi əməliyyatlarda iştirak edən və qəhrəman kimi döyüşən oğullar yetişdirən analara minnətdarlığını bildirib.

Proqramının iştirakçıları ilə görüşdə qərargah rəisi, tabor komandirinin müavini Aleksandr Surazov atasını dörd yaşında itirdiyini, anasının isə onu əsl insan kimi yetişdirməkdən ötrü bütün varlığı ilə çalışdığını bildirib.

“Mən sizin valideyninizə və belə oğullar yetişdirən digər analara təşəkkür etmək istəyirəm”, – deyə Putin vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin avqustunda hücum qrupunun tərkibində olan Surazov güllə yarası almasına baxmayaraq, döyüşü davam etdirib və Ukrayna ordusunun əks hücumunu dəf etməyə nail olub.

Müşviq Tofiqoğlu
Globalinfo.az