Putinlə Pezeşkian arasında görüş başladı – VİDEO

Putinlə Pezeşkian arasında görüş başladı – VİDEO

Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı Məsud Pezeşkian arasında Türkmənistanda baş tutan forum çərçivəsində görüş keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “ISNA” agentliyi məlumat yayıb.

Bu, Rusiya prezidentinin İranın rəhbəri vəzifəsində Pezeşkianla ilk görüşüdür. Prezidentlərin Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəkləri bildirilir.

Qeyd edək ki, hazırda Aşqabadda “Zamanların və sivilizasiyaların münasibəti” forumu keçirilir.

***09:42

Rusiya Prezidenti Vladimir Putin bu gün Türkmənistana səfər edib.

Globalinfo.az xəbər verir ki, onun Aşqabadda “Zamanın və sivilizasiyaların qarşılıqlı əlaqəsi – Sülhün əsası və inkişafı” forumunda iştirakı nəzərdə tutulub.

Diqqətçəkən məqam odur ki, Putin Aşqabadda İran Prezidenti Məsud Pezeşkianla görüşəcək.

Qeyd edək ki, bundan öncə İran tərəfi tezliklə Pezeşkianın Putinlə görüşəcəyini bildirsə də, tarix açıqlamamışdı.

Pezeşkian digər İran liderlərindən fərqli olaraq Rusiya ilə münasibətlərin çox sıxlaşdırılmasının tərəfdarı deyil. O bunun əvəzində Qərblə münasibətlərə diqqət yetirilməsi gərəkdiyini müdafiə edir.

Əliyar Xəlil
Globalinfo.az