Putin peyvənd olundu

Putin peyvənd olundu

Rusiya Prezidenti Vladimir Putin qripə qarşı peyvənd olunub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Putin hökumətin iclasında açıqlayıb.

Onun sözlərinə görə, bir müddət əvvəl Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popovaya müraciət edərək qripdən peyvənd olunmağın lazım olub-olmadığını soruşub. Popova isə öz növbəsində peyvənd olunmağı tövsiyə edib.

Bunun ardınca isə Putin dekabrın 13-ü peyvənd olunub.

“Bütün həmkarlarıma da məsləhət görürəm. Bu gün adi qaydada idmanla məşğul olmuşam. Hər şey normaldır”, – deyə Putin qeyd edib.