Putin Paşinyana zəng etdi

Putin Paşinyana zəng etdi

Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, tərəflər arasında əsas müzakirə mövzusu Ermənistan-Rusiya münasibətləri və onun ətrafında baş verən digər proseslər olub.

Tərəflər həmçinin 10 Noyabr üçtərəfli bəyanatının icrası məsələsini müzakirə ediblər.

Bundan başqa, hər iki lider regional nəqliyyat infrastrukturlarının açılması məsələsinə toxunublar. Laçın yolundakı vəziyyətin də Putinlə Paşinyan arasında danışıqlarda müzakirə mövzusu olduğu vurğulanıb.

İlkin Həsənov
Globalinfo.az