“Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edib, söhbət Azərbaycanın öz ərazilərindəki hərəkətlərindən gedir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olacaq:
“Ermənistan bizim müttəfiqimiz olaraq qalır. Sülhməramlılar da öz fəaliyyətlərinə davam edirlər. Azərbaycan əməliyyatları öz ərazisində keçirib.
Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığının olması razılaşdırılıb”.
Ayşən Mustafa
Globalinfo.az














