Putin onların öldürülməsi üçün əmr veribmiş… – Siyahıda kimlər var?

Putin onların öldürülməsi üçün əmr veribmiş... - Siyahıda kimlər var?

Hələ genişmiqyaslı müharibə başlamadan əvvəl Rusiya hərbi kəşfiyyatı Ukraynanın bütün hərbi-siyasi elitasını məhv etmək istəyirdi.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “Bellingcat”ın bolqar araşdırmaçı jurnalisti Xristo Qrozev Dmitri Qordona müsahibəsində danışıb.

“Müharibə başlamadan əvvəl Rusiya kəşfiyyatı Ukraynanın bütün hərbi və siyasi rəhbərliyini zərərsizləşdirmək niyyətində idi, onların effektivliyinin və Rusiyaya qarşı döyüşə hazırlığının heç bir əhəmiyyəti yox idi”, – Qrozev bildirib.

Onun sözlərinə görə, bu əməliyyatlarda həm Rusiya Xüsusi Əməliyyat Qüvvələrinin agentləri, həm də Moskvanın uzun illərdir tətbiq etdiyi təsir agentləri iştirak etməli idi. Bu planın həyata keçirilməsi müharibənin gedişatını ciddi şəkildə dəyişdirəcəkdi. “Təsəvvür edin ki, 20 generala, Zelenskiyə və başqalarına qarşı cəhd olub”, – Qrozev əlavə edib.

Xatırladaq ki, may ayında Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidmətinin agentləri şəbəkəsini ifşa etdiyini açıqlayıb. Zelenskinin, Müdafiə Nazirliyinin və Baş Kəşfiyyat İdarəsinin rəhbərlərinin, eləcə də digər yüksək rütbəli məmurların sui-qəsdləri planlaşdırılıb. 2023-cü ilin sonunda Volodimir Zelenski amerikalı jurnalistlərə Moskvanın təxminən 5-6 sui-qəsd cəhdindən sağ çıxdığını söyləyib.