Putin Makronla Azərbaycan barədə danışmayıb – Kreml

Putin Makronla Azərbaycan barədə danışmayıb - Kreml

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron telefon danışığı zamanı Moskva-Bakı gərginliyini müzakirə etməyiblər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“İran üzrə vasitəçilik səylərini təmin etmək üçün Avropa İttifaqı (Aİ) və Rusiyanın hərəkətlərinin mümkün koordinasiyası məsələsi də qaldırılmayıb”, – deyə o qeyd edib.

Xatırladaq ki, Rusiya və Fransa prezidentləri arasında telefon danışığı iyulun 1-də olub.