Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq “Qəhrəman ana” fəxri adının verilməsi haqqında fərman imzalayıb.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bazar ertəsi dərc edilən sənədə əsasən, iki nəfərə “Qəhrəman ana” fəxri adı verilib – Medni Kadırova və Olqa Dextyarenkoya.
Medni Kadırova Çeçenistan lideri Ramzan Kadırovun həyat yoldaşıdır.













