Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın ali dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Laricanini qəbul edib.
Globalinfo.az xəbər verir ki , bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“İran nümayəndəsi öz rəhbərliyinin göstərişi ilə Yaxın Şərqdə və İranın nüvə proqramı ətrafında vəziyyətin pisləşməsi ilə bağlı öz qiymətləndirməsini çatdırıb”, – Kreml nümayəndəsi bildirib.
Qeyd edək ki, İran İslam Respublikasının Məclisi (parlamenti) Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq planlarını açıqlamışdı. Tehran uranın 60 faizdən yuxarı səviyyəyə qədər zənginləşdirilməsinə başlamaq imkanını bu addıma alternativ adlandırıb.
Tahir Turan
Globalinfo.az














