Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.
Bildirilib ki, danışıqlar zamanı Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər, o cümlədən Ukraynadakı münaqişə və Suriyadakı vəziyyət müzakirə olunub.
Türkiyə Prezident Administrasiyasının açıqlamasına görə, Ərdoğan telefon danışığı zamanı Ankaranın Suriyada sabitliyi təmin etmək niyyətini Putinin diqqətinə çatdırıb.
Qeyd edək ki, bundan əvvəl Ərdoğanın administrasiyası Türkiyənin Ukrayna üçün yaradılan “dron koalisiyası”na qoşulması ilə bağlı yayılan xəbərləri şərh etməkdən imtina edib. Latviya Müdafiə Nazirliyi isə bəyan edib ki, Türkiyə Böyük Britaniya və Latviya rəhbərliyi ilə yaradılan pilotsuz təyyarə koalisiyasına qoşulacaq.
Tahir Turan














