Putin elan etdi: “Zelenski gələn ilin birinci yarısında…”

 

“Qərb bütün qeyri-populyar qərarları Ukrayna prezidenti Volodimir Zelenskinin üzərinə yıxacaq və sonra onun yerinə başqasını tapacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, bu proses gələn ilin birinci yarısında baş verə bilər.

“Qərbdə Zelenskini dəyişmək istəmirlər. Çünki hələ vaxt gəlib çatmayıb. Bu, hər kəs üçün aydındır.  Düşünürəm ki, bütün uğursuzluqları onun üzərinə yıxacaqlar və sonra Zelenskini başqa biri ilə əvəzləyəcəklər. Bu, gələn ilin birinci yarısında baş verə bilər”, – deyə Putin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az