Prokurorluq hərəkətə keçdi: Koçaryan və komandasına ağır ittiham

Prokurorluq hərəkətə keçdi: Koçaryan və komandasına ağır ittiham

Ermənistan Baş Prokurorluğu 2008-ci 1 mart işi üzrə ittiham olunan dörd nəfərdən 670 milyon dram (1,75 milyon dollardan çox) tələb edir.

Globalinfo.az xəbər verir ki, APA-nın Ermənistan mediasına istinadən xəbərinə görə, Baş prokuror Anna Vardapetyan onların arasında sabiq prezident Robert Koçaryanın, keçmiş ərazi idarəetmə naziri Armen Gevorgyanın, Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəhbəri Seyran Ohanyanın və onun keçmiş müavini Yuri Xaçaturovun olduğunu bildirib.

Onun sözlərinə görə, iddia ərizəsi ilə yanaşı, müttəhimlərin əmlakına həbs qoyulması üçün vəsatət də verilib.