2025 03 25T160330Z 996520329 RC2CKDAS17Z0 RTRMADP 3 UKRAINE CRISIS ZELENSKIY pic 32ratio 900x600 900x600 83570

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə korrupsiyada ittiham olunan dostu Timur Mindiçə baş çəkə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rada üzvü Aleksey Honçarenko deyib.

“Zelenskinin turnesi davam edir. Bu gün o, İspaniyadadır. Sabah Türkiyəyə yollanır. Orada, bəlkə, hətta ən yaxın dostu Mindiçə də baş çəkəcək. Axı onlar bir müddətdir ki, bir-birilərini görmürlər”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosu enerji sektorunda korrupsiya ilə bağlı genişmiqyaslı xüsusi əməliyyat elan edib. Məlumata görə, təhqiqat bir il yarım davam edib, büro əməkdaşları təxminən 1000 səs yazısı toplayıb. Baş şübhəlilərdən biri Zelenskinin ən yaxın müttəfiqi və “pul kisəsi” hesab edilən Timur Mindiç idi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: