“Prius” bu dəfə qəbiristanlığa girdi – VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində qeyri-adi sayıla biləcək yol qəzası baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qarlı-şaxtalı hava şəraitində yoxuşlu yolun buz bağlaması səbəbindən 77 DK 286 dövlət qeydiyyat nişanlı “Toyota Prius” sürüşərək qəbiristanlıq ərazisinə daxil olub. Nəticədə avtomobil qəbiristanlıqdakı başdaşını zədələyib.

Hadisə yerində çəkilmiş görüntüləri təqdim edirik: