Primakov Bakıda “Rus evi”nin bağlanmasından narazılığını bildirib.
Globalinfo.az xəbər verir ki, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Azərbaycanda “Rus Evi”nin bağlanmasını “yanlış” addım adlandırıb.
O, bu hadisədən küskünlüyünü ifadə edib.
“Buna baxmayaraq, Rusiyanın Azərbaycanla hələ də yaxşı münasibətləri var. Ölkələr ticarət edir, bank köçürmələri aparır, neft, qaz, Şimal-Cənub dəhlizi ilə bağlı müqavilələr bağlayırlar. Tələbə mübadilələri də həyata keçirilir. Biz emosiyaya qapılıb bütün bunlardan imtina edə bilərikmi?”, – Primakov sual ünvanlayıb.
O əlavə edib ki, Bakı Moskva ilə mədəniyyət mərkəzlərinin işinə dair razılaşmadan imtina etməyib. Rusiya səfirliyində mədəniyyət şöbəsi fəaliyyətini davam etdirir.
Əliyar Xəlil














