Prezident sui-qəsd cəhdi ilə bağlı tapşırıq verdi – İran amili…

ABŞ Prezidenti Cozef Bayden Milli Təhlükəsizlik Şurasına İran hakimiyyətinin eks-prezident Donald Tramp və digər keçmiş məmurlara qarşı sui-qəsd planlarının qarşısını almasını tapşırıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “The Washington Post” və “Politico” öz mənbələrinə istinadən yayıblar. Məlumata görə, Bayden deyib ki, istənilən bu tip sui-qəsd Vaşinqton tərəfindən müharibə aktı kimi qəbul ediləcək.

Qəzetlər daha sonra ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Şon Sevettanın jurnalistlərə açıqlamasını təqdim edib. Belə ki, Sevetta da İranın təhdidlərini həyasızlıq adlandırıb və ABŞ-ın vətəndaşlarına hücumun ciddi nəticəsi olacağını deyib.

“Politico” bildirir ki, İranın təhdidləri Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin 2020-ci ildə öldürülməsi ilə bağlıdır. Qəzet yazır ki, həmin dönəmdən indiyə qədər Tramp administrasiyasının çoxsaylı məmuru ciddi müdafiə olunur.

Tahir Turan
Globalinfo.az