“Vətən müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar İsraildəki Azərbaycan səfirliyində oldum. Təəccübləndim, çünki orada azərbaycanlılarla yanaşı çoxlu sayda əcnəbi qonaqlar da var idi, hətta İsrailin ucqar yerlərindən belə qonaqlar gəlmişdi. İsraildəki səfirimiz Muxtar Məmmədov ora yeni təyin edilib, amma böyük işlər görür. Çox istərdim ki, digər ölkələrdəki səfirlərimiz də aktiv olsunlar. Bildiyimiz kimi, erməni diasporu güclüdür, biz də bu istiqamətdə işlər görməliyik. Prezident İlham Əliyevin gördüyü işləri, haqlı olduğumuzu dünyaya çatdırmaq lazımdır”.
Bu sözləri Globalinfo.az-a tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O təklif edib ki, təbliğat üçün səfirlərimiz tərəfindən Azərbaycandan xaricə bir qrup alim, yazıçı, tarixçi dəvət edilsin:
“Onlar da gələn qonaqlara həqiqəti çatdıra bilsinlər. Biz Fransada, Almaniyada, ABŞ-da, İsveçdə böyük işlər görə bilərdik. Səfirliklər dünyaya həqiqətləri çatdırmalıdırlar ki, sabah hansısa qüvvə əleyhimizə danışa bilməsin.
Səfir Muxtar Məmmədovun gördüyü işlər tədirəlayiqdir. Bütün işləri Prezidentin üzərinə atmaq olmaz. O, kifayət qədər iş gördü, görməyə də davam edir. Yaxşı olardı ki, səfirlərimiz də əllərindən gələni edib, Azərbaycan həqiqətlərini dünyaya çatdırsınlar”.
Zaira Akifqızı
Globalinfo.az














