Premyer Liqada ikinci yerin yeni sahibi…

Premyer Liqada ikinci yerin yeni sahibi...

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Globalinfo.az xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” və “Sumqayıt” üz-üzə gəlib. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Bu nəticə ilə xal sayını 31-ə çatdıran “Sumqayıt” ikinci pilləyə yüksəlib. 27 xala malik “Araz-Naxçıvan” beşinci sıradakı “Səbail”ə çatıb.