“Polislər dəbilqə geyinib, qalxan daşıyırlar. Görəsən onlar hansı bədən xəsarətləri alıblar?”
Globalinfo.az xəbər verir ki, bu barədə “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan deyib.
Ermənistan polisinin rəisi Aram Ovannisyan etirazçılarla baş verən qarşıdurma nəticəsində 3 polisin yaralandığını bildirib. Qalstanyan isə onun bu fikirlərini yalan adlandırıb.
“Onlar bizi dəyənək və qalxanla vurublar. Baş verənlərə görə məsuliyyət Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın üzərinə düşür”, – Qalstanyan vurğulayıb.
Bu arada polislə toqquşma nəticəsində erməni din xadimi Qor Akopyan baş nahiyəsindən yaralanıb.
Bu barədə politoloq Ara Poqosyan Akopyanın başı sarğılı fotosunu dərc edərək məlumat verib.
Poqosyan erməni polisinin hərəkətini tənqid edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














