Polad Həşimovun əşyaları Tarix Muzeyinə verildi – FOTO

Polad Həşimovun əşyaları Tarix Muzeyinə verildi - FOTO

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəxsi əşyaları həyat yoldaşı Ofelya Salmanova tərəfindən Milli Azərbaycan Tarix Muzeyinə təqdim edilib.

Globalinfo.az xəbər verir ki, muzeydən APA-ya  yeni qurulan ekspozisiyada general-mayor Polad Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrıldığı bildirilib.

Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, iyulun 12-də Tovuz döyüşlərinin başlanmasının üç ili tamam olur. Döyüşlərdə General-mayor Polad Həşimovla birlikdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid olub.

Polad Həşimovun əşyaları Tarix Muzeyinə verildi - FOTO