İspaniyalı keçmiş futbolçu Jerar Pike və yeni sevgilisi Klara Çia restorandan qovulub.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar ötən gün Barselonadakı restoranlardan birinin xidmətindən yararlanmaq istəyib.
Ancaq Pikenin keçmiş sevgilisi və kolumbiyalı məhşur müğənni Şakiranın fanatı olan məkan sahibi onlara xidmət göstərməkdən imtina edib. Bu səbəbdən, cütlük restoranı tərk edib.














