İran Prezidenti Məsud Pezeşkianın BMT-nin illik Sammitində iştirak etmək üçün Nyu Yorka səfəri zamanı onu 35-40 nəfər müşayiət edəcək.
Globalinfo.az xəbər verir ki, səfər zamanı onu müşayiət edənlər arasında Prezidenti qızı Zəhra Pezeşkian, kürəkəni Həsən Məcidi və iki oğlu da olacaq.
Qeyd edək ki, sentyabrın 18-də Pezeşkian kürəkənini Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin edib.













