İran prezidenti Məsud Pezeşkian ilə Fransa lideri Emmanuel Makron arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “ISNA” agentliyi məlumat yayıb.
Məlumata görə, Pezeşkian İsrailin Livana hücumunun ağır nəticələri barədə Makrona xəbərdarlıq edib.
O bildirib ki, əgər İsrail Livana hücum edərsə, Təl-Əviv üçün ciddi nəticələr olacaq.
Pezeşkian həmçinin Fransa ilə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu bildirib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














