Pezeşkian Dohaya gedəcək

Pezeşkian Dohaya gedəcək

Türkiyə, İran və İraq liderləri sentyabrın 15-də Dohada keçiriləcək ərəb və müsəlman liderlərinin fövqəladə sammitində iştirak edəcəklər.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.

O bildirib ki, Pezeşkian bazar ertəsi Qətərin paytaxtına yola düşəcək.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 14-ü Qətərə rəsmi səfər edəcəyi ilə bağlı məlumat yayılıb.