Paşinyan KTMT iclasına getmədi – Kremldən reaksiya

Paşinyan KTMT iclasına getmədi - Kremldən reaksiya

Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasına qatılmamasına münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov buna görə təəssüf hissi keçirdiyini deyib.

“Hər bir hökumət başçısının öz iş qrafiki ola bilər. Bu kimi görüşlər fikir mübadiləsi aparmaq, qeydləri müqayisə etmək üçün çox yaxşı fürsətdir”, – Peskov bildirib.

O, Ermənistanın KTMT-dən çıxması ehtimalı sualına cavabında qeyd edib ki, təşkilat hələ də aktuallığını qoruyur.

Əliyar Xəlil
Globalinfo.az