Pentaqon sərhəd bölgələrinə edilən hücumlardan qorunmaq üçün Ukraynanın ABŞ silahları ilə əks-hücumlara başlamasına icazə verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı deyib.
O bildirib ki, rəsmi Vaşinqton Ukraynaya Amerika silahları ilə Rusiyaya qarşı əks-hücumlar həyata keçirməyə icazə verib.
“Bizim siyasətimiz bunu həyata keçirməyə imkan verir. Pentaqonun hələ də Kursk bölgəsindəki hücumla bağlı açıq qalan sualları var ”, – deyə Sinq vurğulayıb.
Qeyd edək ki, daha öncə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Ukrayna Rusiya ilə sərhəd bölgəsində əməliyyat keçirmək niyyəti haqda Vaşinqtonu xəbərdar etməyib. Ancaq Ağ Ev Kursk bölgəsindəki vəziyyətlə bağlı Kiyevlə əlaqə saxlayır və Ukraynanın hərəkətlərini suveren qərar hesab edir.
Müşviq Tofiqoğlu
Globalinfo.az














