Pənah Hüseyn istefa xəbərlərinə aydınlıq gətirdi, sirri açdı – FOTO

Pənah Hüseyn istefa xəbərlərinə aydınlıq gətirdi, sirri açdı - FOTO

“Mən istefa verməmişəm, sadəcə, partiya sədri səlahiyyətlərinin icrasını müavinim Qiyas Sadıqova həvalə etmişəm. Bu, iştirak etdiyim digər bir siyasi proseslə bağlıdır”.

Bunu Globalinfo.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) qurucusu Pənah Hüseyn deyib.

“Mən hələ partiyanın sədri kimi qalıram. Lakin müvafiq sərəncamıma əsasən, səlahiyyətləri Qiyas Sadıqov həyata keçirir. Bizim növbədənkənar qurultay keçirilməsi haqqında qərarımız var. Bu ilin sonuna qədər baş tutmalıdır. Orada sədrin seçilməsi gündəmə gələrsə, məsələyə baxılacaq”, – o bildirib.

Pənah Hüseyn növbədənkənar qurultayda namizədliyini irəli sürməyəcəyini açıqlayıb:

“Fikrimcə, orada yeni sədr və digər rəhbər olmaq istəyən şəxslərin seçkisi olacaq. Belə bir sərəncamın verilmə səbəbinə gəlincə isə, milli demokratik camiənin yenidən təşkilatlanması məsələsi ilə məşğul olmaq səyləri göstəririk. Bunu etmək üçün isə partiya sədri olmaq mənə mane olur. Ona görə də belə bir sərəncam verdim. Başqa səbəb yoxdur”.

***10:26

Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının (AXP) sədrliyindən istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o sosial şəbəkədəki hesabında yazıb.

O, yerini AXP sədrinin müavini Qiyas Sadıqova həvalə etdiyini bildirib.

Pənah Hüseyn istefa xəbərlərinə aydınlıq gətirdi, sirri açdı - FOTO

Zaira Akifqızı
Globalinfo.az