Pekin orada Moskvanı “bitirdi”: Hərbi baza iddiasına cavab

Pekin orada Moskvanı "bitirdi": Hərbi baza iddiasına cavab

“Çin Tacikistanda heç bir hərbi baza açmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan deyib.

“Qəti şəkildə deyə bilərəm ki, Çin həmişə müstəqil xarici siyasət həyata keçirib və Mərkəzi Asiyada heç bir hərbi bazası yoxdur” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Çinin Tacikistanda hərbi baza yaradacağı xəbəri yayılmışdı.

Pekin son dövrlərdə Tacikistanla münasibətlərini həddən artıq gücləndirib. Bunun sayəsində Düşənbədə Pekinin Moskvanın təsirinə son qoyduğunu düşünənlər də var

Əliyar Xəlil
Globalinfo.az