“Paşinyanın Qarabağla bağlı planı budur” – Erməni politoloq

“Paşinyanın Qarabağla bağlı planı budur” - Erməni politoloq

Paşinyan Qarabağın erməni xalqını Bakı ilə dialoqa çağıraraq, bu məsələni faktiki olaraq bütün beynəlxalq meydançalardan çıxarır.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“Paşinyanın bu addımı Azərbaycanın “Bakı Qarabağ məsələsini beynəlxalq meydançalarda müzakirə etməyəcək” deməsinə haqq qazandırması anlamına gəlir. Paşinyanın belə yanaşması Azərbaycanın xoşuna gəlir, amma eləcə də azərbaycanlılarla Qarabağın statusu barədə razılaşmağa çalışan Paris və Moskvanı çətin vəziyyətdə qoyur. Bu cür konfiqurasiyada Azərbaycanın Fransa və Rusiyadan narazılığı başadüşüləndir.

Paşinyanın məqsədi Türkiyə və Qərbin bir sıra dairələrinin təzyiqi ilə Qarabağı qurban edib, Azərbaycanla Paris və Moskvanın vasitəçiliyi olmadan münasibətlər qurmaqdır”, – o bildirib.

İlkin
Globalinfo.az