Paşinyan tələsir: o tarixə qədər sülh imzalanmasa…

Paşinyan tələsir: o tarixə qədər sülh imzalanmasa...

“Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin tez imzalanmasını istəyir və bunun üçün əlindən gələni edir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

Onun sözlərinə görə, baş nazir bunu iki səbəbdən istəyir:

“Birincisi, 2026-cı ildə keçiriləcək seçkilərə ümid edir. O, partiyasının parlamentdə daha çox yer tutmasını istəyir. Bunun üçün isə ölkəyə sülh gətirdiyini insanlara göstərməli, sənədlə onları inandırmalıdır. Yəni sülh müqaviləsinə ehtiyacı var.

İkinci səbəb isə xarici siyasətdir. Nikol Paşinyan açıq mövqeyinə rəğmən, Qərbdən istədiyini ala bilmədi. Lakin 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan da imtina edə bilməz. Ona görə də baş nazirə Ermənistanın problemlərini həll etməkdən daha çox, üzərində sülh yazılan sənəd lazımdır”.

Ayşən Mustafa
Globalinfo az