Paşinyanın dəhlizlə bağlı sözləri Tehranı qarışdırdı – Pezeşkiana dəvət

Paşinyanın dəhlizlə bağlı sözləri Tehranı qarışdırdı - Pezeşkiana dəvət

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazir administrasiyası məlumat yayıb.

Liderlər telefon danışı zamanı ikitərəfli, regional və beynəlxalq gündəliyə aid məsələləri müzakirə ediblər.

Həmçinin Ermənistanın baş naziri İran prezidentini ölkəsinə səfərə dəvət edib.

Ermənistan KİV yazır ki, Nikol Paşinyanın ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı təklifinə müsbət yanaşmasından sonra Tehranla İrəvan arasında təmaslar artıb.

Əliyar Xəlil
Globalinfo.az