baqratt 1

Ermənistanda hakimiyyətə gəlməyə iddialı olan keşiş Baqrat Qalstanyan növbəti dəfə Azərbaycana ərazi iddiası ilə çıxış edib.

Globalinfo.az xəbər verir ki, o, İrəvanda jurnalistlər qarşısında Qarabağın Ermənistana birləşdiriləcəyini iddia edib.

“Məncə, Qarabağın itirilməsi müvəqqətidir. Bu bizim üçün birbaşa biabırçılıqdır”, – o bildirib.

Baqrat erməniləri bunun üçün mübarizəyə çağırıb.

Qeyd edək ki, revanşist keşiş Baqrat Qalstanyan Paşinyanın yerinə baş nazir olmaq istəyir. Kilsə onu dəstəkləyir. Baqrat sentyabrda Paşinyan administrasiyasına qarşı yenidən etirazlara hazırlaşır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: