Paşinyana qarşı hazırlıq: yerinə bloger gətirəcəklər – Bədəlyan

Paşinyana qarşı hazırlıq: yerinə bloger gətirəcəklər - Bədəlyan

“Ermənistanın Baş naziri Nikol Paşinyan yeni növbədənkənar seçkiyə hazır deyil”.

Globalinfo.az xəbər verir ki, bunu erməni polittexnoloq Armen Bədəlyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan yeni seçki olacağı halda baş nazir kimi işləyə bilməyəcək:

“Nikol Paşinyanın yerinə Qərb blokundan başqa biri seçilə bilər. Məhz buna görə Paşinyan indi bu prosesə qarşıdır. Növbəti seçkiyə gəlincə, hazırda hakim Mülki Müqavilə Partiyasının elektoratı iki yerə bölünüb. Birinci tərəf qərbyönümlülərdir, Ermənistanın gələcəyini Qərbdə axtarırlar. İkinci qisim sadəcə tənqid edən və şikayətlənən insanlardır. Onlar hətta bloger Vardan Qukasyanı da seçə bilərlər”.

Qeyd edək ki, Ermənistanda növbədənkənar seçki ilə bağlı son zamanlar söz-söhbət artıb. İrəvan rəsmiləri yeni seçkinin növbədənkənar olmayacağını açıqlayıblar. Lakin buna rəğmən Mülki Müqavilə Partiyası ilə koalisiyada olan bir bəzi qruplar indidən geniş hazırlıqlara başlayıblar.

Əliyar Xəlil
Globalinfo.az