Paşinyan üçün ən həyəcanverici an başladı – “Tovariş general”

Nikol Paşinyan dünən İrəvanda etirazçılara qarşı güc tətbiqi haqqında qərar verməklə ölkədəki situasiyanı kökündən dəyişdi.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat “Tovariş general” Teleqram kanalında yer alıb:

“Artıq bundan sonra Ermənistandakı konfliktdə düyünün açılması yalnız güc variantı ilə mümkün olacaq. Paşinyanın dediyi kimi, artıq geriyə yol yoxdur. Müvafiq olaraq Paşinyanın parlamentdə impiçmentinə ümidlər sıfırlanır.

Üstəlik, bundan sonra Paşinyanı vuracaq əsas fiqur II Qaregin olacaq. Onu artıq parlamentdə qan axıdılmasına görə spiker Alen Simonyan və vitse-spiker Ruben Rubinyan ittiham edib. Dünəndən həmçinin hökumətin mediasında katalikosa qarşı aktiv PR kampaniya başlayıb. Paşinyanın itirəcəyi heç nə yoxdur. O, Erməni Apostol Kilsəsini məhv etməklə dayaqlarını da yox edəcək.

Bu fonda Ermənistan hökumətinin ritorikasında anti-Rusiya diskursu da güclənir: Kreml erməni gərginliyinin təşkilatçısı, KTMT 44 günlük müharibədə Azərbaycanın tərəfindəki iştirakçı, Rusiya sülhməramlıları isə “Qarabağın verilməsində” yeganə günahkar adlandırılır. Bir sözlə, Paşinyan üçün hazırkı an həyəncanverici, amma kifayət qədər uyğun məqamdır ki, “köhnələr”, müxalifət və Kilsə ilə davam edən konflikti yekun olaraq bağlasın. Hakimiyyət güc qarşıdurmasının dərəcəsini artıracaq. Paşinyan qandan qorxmur, bunu II Qaregin və Moskvanın ayağına yazacaq”, – kanalın yazısında bildirilib.

Əliyar Xəlil
Globalinfo.az