“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan səbəb etimadsızlıqdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, İrəvanın sülh müqaviləsinin imzalanması üçün hər şeyi edəcəyini bildirib:
“Bəzi məsələlərə yaxın vaxtlarda aydınlıq gətirilməlidir. Sülh sazişinin məzmunu ilə bağlı ortaya çıxan yanlış şərhlərin aradan qaldırılması üçün mexanizm formalaşdırılmalıdır. Təəssüf ki, hər cümlə fərqli şəkildə şərh edilə bilər. Həmçinin sülh müqaviləsi imzalandıqdan sonra hər hansı eskalasiyanın baş verməməsi üçün təhlükəsizlik təminatı yaradılmalıdır. Bu məsələlərin həlli üçün siyasi və diplomatik prosesi aktivləşdirmək niyyətindəyik.
Bizim maraqlar sistemimizin əsas hissəsi Ermənistanın iqtisadi inkişafıdır. Sülh gündəmi də buna istiqamətlənib. Bu baxımdan yaxın zamanda Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün sarsılmaz iradə sərgiləyəcəyik. Mayın 14 və 15-də Brüsseldə aparılan danışıqlarda artıq 3 prinsip razılaşdırılıb”.
Ayşən Mustafa
Globalinfo.az













