“Bu gün Azərbaycan üçün ən yaxşı variant Paşinyanın Ermənistanın baş naziri postunda olmasıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.
O bildirib ki, Ermənistanda başqa bir şəxsin hakimiyyətdə olması Azərbaycan üçün daha problemli məsələyə çevrilə bilər.
“Paşinyan Qərbə üstünlük verir. Eyni zamanda siyasi cəhətdən Əliyevdən çox asılıdır. Ona görə də, Nikol Konstitusiyanın dəyişdirilməsi və digər məsələləri müəyyən şərtlər daxilində həll etməyə hazırdır. Bakı müharibədə uduzan baş nazirə təzyiq imkanını özündə saxlayır. Bu, hakimiyyəti əlində saxlamaq baxımından Paşinyan üçün də sərfəlidir”, – deyə Zatulin vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














