“Alma-Ata Bəyannaməsinin Qarabağ probleminə heç bir aidiyyəti yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Mariya Karapetyan deyib.
Onun sözlərinə görə, bəyannaməyə istinad Ermənistan və Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsi kontekstində edilir:
“Güman edirəm ki, məhz belə yanaşma ümummilli mövqeyin əsasında yatmalıdır, əks təqdirdə bizi Qarabağ konfliktinin ərazi mübahisəsi olmasında ittiham edə bilərlər. Konfliktin əsasında Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə haqqı yatır”.
Qeyd edək ki, Rusiya xarici işlər nazir Sergey Lavrov bir müddət əvvəl keçirdiyi mətbuat konfransında Paşinyanın sülh müqaviləsinin Alma-Ata bəyannaməsi əsasında həll edilməsi ilə bağlı Praqa sənədinə imza atdığını, bununla Qarabağın statusu məsələsini, demək olar ki, həll etdiyini açıqlayıb. Məhz bu bəyanat İrəvanda Paşinyan administrasiyasını ağır vəziyyətə salıb.
Üstəlik, Bakının Xocalı həmləsi fonunda İrəvanın səssizliyi bu şübhələri bir qədər də artırıb. Məhz baş verənlərin fonunda iqtidar mətbuat qarşısına yalnız Mariya Karapetyanı çıxara bilib ki, o da çıxışı zamanı İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını və Ermənistanın öz təhlükəsizliyini Qarabağa qurban verməyəcəyini bildirib.
Alma-Ata bəyanatı keçmiş SSRİ dövlətlərinin bir-birinin ərazi bütövlüyünü tanımasını özündə ehtiva edir və MDB-nin təməl sənədi sayılır. Sənədin əsas özəlliyi dövlətlərin bir-birinin ərazi bütövlüyünü keçmiş SSRİ çərçivəsində tanımasıdır. İrəvan belə yanaşmanı qəbul etmək istəmir və bəyanatı bir neçə əlavə ilə qəbul etdiyini iddia edir.
İlkin
Globalinfo.az













