Paşinyan onu özünə müşavir təyin etdi

Ermənistanın baş naziri Nikol Paşinyan özünə müşavir, parlament sədrinə isə köməkçi təyin edib.

Globalinfo.az xəbər verir ki,  “Mülki Müqavilə” partiyasının keçmiş deputatı, Lori vilayətinin sabiq qubernatoru Aram Xaçatryan hökumət başçısının müşaviri olub.

Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda Ermənistan parlamentinin sədri Alen Simonyan Movses Arutyunyanı özünə köməkçi təyin edib.

Simonyanın sərəncamı parlamentin rəsmi saytında dərc olunub.

Müşviq Tofiqoğlu
Globalinfo.az