Ermənistandakı mövcud komanda bütün hallara qarşı növbədənkənar seçkilərə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bunu erməni polittexnoloq Karen Köçəryan deyib.
“Ermənistan baş naziri Nikol Paşinyan iki məqsədi güdür. Birincisi, çalışır ki, elektoratına ölkədə hər şeyin yaxşı olduğunu göstərsin. İkinci məqsəd isə sülh müqaviləsinin imzalanması ilə bağlı suallardan qaçmaqdır. Ermənistan artıq haqqında qəbul edilən qərarlar barəsində məlumat verilən ölkəyə çevrilib. Yəni Ermənistan özü bu prosesdə iştirak etmir” – deyə o bildirib.
Karen Köçəryan
Köçəryan deyib ki, hazırkı situasiyada Ermənistan daxilində xaricdən dəstək almadan hansısa dəyişikliklər mümkünsüzdür:
“Digər məsələ odur ki, bu xarici qüvvələr Ermənistan daxilində özləri kiminləsə iş görməyə hazırdırlarmı? Bizim indi gördüyümüz odur ki, Ermənistanla heç kim hesablaşmır. Onun haqqında qərar verirlər, sonra bunun haqqında onu xəbərdar edirlər”.
Əliyar Xəlil
Globalinfo.az













