Ermənistanın Baş naziri Nikol Paşinyan bəzi ölkələrin, o cümlədən müttəfiqlərinin öncədən sifariş olsa da, yüz milyonlarla dollar dəyərində silahı tədarük etməkdən imtina etdiyini deyib.
Globalinfo.az bildirir ki, APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, o, bu barədə hökumətin iclasında bildirib.
“Yüz milyonla dolların ödənilməsinə baxmayaraq, ölkələrin, o cümlədən müttəfiqlərin silah tədarükü öhdəliyini icra etməməsi halları var. Bu, ağır reallıqdır və biz situasiyanı dərindən analiz etməliyik”, – Paşinyan qeyd edib.













