Ermənistan hakimiyyəti ölkənin gerbindən Ağrı dağının təsvirini çıxara bilər.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan deyib.
O bildirib ki, sözügedən təşəbbüs baş nazir Nikol Paşinyana məxsusdur:
“Bunun Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə heç bir əlaqəsi yoxdur. Onlar erməni kimliyini dəyişdirmək istəyirlər. İnanmıram ki, sərhədi açmaq üçün Ermənistanın Ağrı dağını bütün dövlət rəmzlərindən çıxarmasına ehtiyac olsun. Bunu sübut edən sənəd göstərsinlər”.
Qeyd edək ki, Ermənistan hökumətinin qərarı ilə noyabrın 1-dən etibarən sərhəd keçidi möhürünün üzərindən Ararat dağı təsviri çıxarılıb.
Əliyar Xəlil
Globalinfo.az













