Paşinyan general Tsakanyan barədə qərar verdi – FOTO

Paşinyan general Tsakanyan barədə qərar verdi - FOTO

Nikol Paşinyan general Tsakanyanı Demarkasiya Komissiyasına daxil etmək qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Tavuşda demarkasiya və delimitasiya işləri həyata keçirilən zaman 3-cü Ordu Korpusunun komandiri vəzifəsində çalışmış Aleksandr Tsakanyan müdafiə nazirinin 1-ci müavini təyin edilib.

Paşinyanın qərarı ilə o, demarkasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın tərkibinə daxil edilib.

Qeyd edək ki, Tsakanyan general rütbəsini 2024-cü il mayın 24-də demarkasiya və delimitasiya prosesi zamanı alıb.

Paşinyan general Tsakanyan barədə qərar verdi - FOTO

Müşviq Tofiqoğlu
Globalinfo.az