Makron Paşinyanı belə qarşıladı – VİDEO/YENİLƏNİB

Makron Paşinyanı belə qarşıladı – VİDEO/YENİLƏNİB

Ermənistanın Baş Naziri Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında keçən görüş zamanı iki ölkə arasında əməkdaşlıq prespektivləri ilə yanaşı Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması, regional əhəmiyyətli “Tramp” marşurutunun və digər kommunikasiyaların açılması üçün görülən işlər barəsində fakir mübadiləsi aparıblar.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd olunur ki, Paşinyan bu istiqamətdə həyata keçirilən işlərin gedişi barədə Fransa Prezidentinə məlumat verib.

***16:48

Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş Paşinyanın Fransaya işgüzar səfəri çərçivəsində baş tutub.

    Qeyd edək ki, səfər çərçivəsində Paşinyan 8-ci Paris Sülh Konfransında iştirak edib.