Paşinyan öz komandasına anti-Rusiya təbliğatının gücləndirilməsi tapşırığı verib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb.
Bildirilib ki, hakim partiyanın nümayəndələri ilə yanaşı parlamentdənkənar partiyalar da bu təbliğatda aktiv yer almağa başlayıblar.
Qəzet xüsusilə Tiqran Xzmalyan, David Sanasaryan, Levon Şirinyanın Azərbaycanın Laçın yolunun bağlanmasında iştirak etmədiyini, günahkarın ruslar olduğunu təbliğ etdiklərini yazıb.
“Past” bu partiyalara belə ritorika ilə çıxış etmək tapşırığının birbaşa Paşinyandan verildiyini açıqlayıb:
“Ekspertlər qeyd edirlər ki, bunun səbəbi Rusiya sülhməramlı missiyasının fəaliyyətini diskreditasiya etmək, gələcəkdə onların Qarabağdan çıxarılması çağırışı ilə çıxış etməkdən ibarətdir. Daha sonra isə bütün Rusiya kontingentinin Ermənistandan çıxarılması çağırışları da olacaq”.
Zaira Akifqızı
Globalinfo.az













