İrəvan Bakı və Ankara qarşısında diz çökdü: “Paşinyan erməni xalqına inanmır”

“Nikol Paşinyan erməni xalqının özünü müdafiə etmək gücündə olduğuna inanmır. Bu səbəblə Azərbaycan və Türkiyənin bütün istəklərini yerinə yetirməyə çalışır”.

Globalinfo.az xəbər verir ki, bu fikirlər Ermənistanın “Bayraq” nəşrinin yayımladığı məqalədə qeyd olunur.

Nəşr N.Paşinyanın Qərbə zəmanət kimi baxdığını və arxalandığını yazır:

“Baş nazir özü də bir çıxışında demişdi ki, ermənilərin Rusiyadan daha çox Azərbaycan və Türkiyə ilə yaxın münasibəti olub. Yəni Paşinyan Bakı və Ankara qarşısında tamamilə diz çöküb. Erməni xalqının özünü müdafiə edə biləcəyinə inanmır. Eyni zamanda o, hakimiyyətdən də əl çəkmək istəmir. Baş nazirin bu addımları isə ölkəni tarixi, siyasi və ümumbəşəri məğlubiyyətə sürükləyir. Nikol Paşinyan heç Ermənistana köçən “artsax” rəhbərliyinin nümayəndələri ilə bir dəfə olsun görüşməyib. O, “artsax” məsələsinin tamamilə unudulduğu bir hökumət formalaşdırmağa çalışır. Buna görə də Ermənistanda onlara aid olan binaların, müəssisələrin bağlanmasını istəyir”.

Ayşən Mustafa
Globalinfo.az