Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına (Aİ) üzvülüyü ilə bağlı referendumun keçirilməsini dəstəkləyib.
Globalinfo.az xəbər verir ki, bunu “Ermənistanın Avropa Partiyası”nın rəhbəri Tiqran Xzmalyan bildirib.
O, ölkənin Mərkəzi Seçki Komissiyası referendum layihəsinin müzakirəsi üçün imzatoplama kampaniyasını yekunlaşdırdığını deyib. Sənədin yaxın günlərdə parlamentə təqdim ediləcəyi açıqlanıb.
Deputat qeyd edib ki, qanunverici orqan layihəni dəstəkləməsə, imzatoplama kampaniyası yenidən keçiriləcək. Əgər 300 min imza toplamaq mümkün olsa, ümumxalq səsverməsi parlamentin qərarı olmadan baş tutacaq.













