Paşinyan bir ildən sonra “Ermənistan yox, Qərbi Azərbaycan var” deyəcək – Şarmazanov

“Bu gün Paşinyan durmadan suverenlikdən danışır. Amma bir ildən sonra “Artıq Ermənistan yoxdur, Qərbi Azərbaycan var” deməyəcəyinə zəmanət yoxdur”.

Globalinfo.az xəbər verir ki, Ermənistan Respublika Partiyasının üzvü Eduard Şarmazanov deyib.

“Paşinyan bir daha göstərir ki, o, Azərbaycanın vəkili funksiyasını öz üzərinə götürüb. Ermənistanın əvvəlki hakimiyyət dövründə çoxlu müttəfiqləri var idi. Ancaq Paşinyanın təklif etdiyi indiki Ermənistan Türkiyənin vassalıdır. Paşinyan Ermənistanın maraqlarını qurban verir”, – Şarmazanov bildirib.

O, Paşinyanın çox aşağı reytinqə malik olduğunu bildirib.

“Hakimiyyət xalq tərəfindən dəstəklənirsə, “Vətən naminə Tavuş” hərəkatı niyə 9 May mitinqindən sonra şoka düşdü? Paşinyanın “Vətəndaş müqaviləsi” 2017-2018-ci illərdə Ermənistanda hakimiyyətdə olan partiyadan min dəfə pis vəziyyətdədir. “Vətən naminə” hərəkatı uğur qazansa, Paşinyanın bəxti gətirər. Çünki gələcək hərəkatların xristian dəyərlərini rəhbər tutacaqları, yoxsa Paşinyanın qanun çərçivəsində mühakimə olunmasını istəyəcəkləri bəlli deyil”, – deyə Şarmazanov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az